Bakını güclü duman bürüyüb - FOTOLAR

Bakını güclü duman bürüyüb - FOTOLAR
  05 Fevral 2018    Oxunub:3754
Bu gün səhər saatlarından başlayaraq Bakıda qatı duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova AzVision.az-a bildirib ki, dumanlı hava şəraiti günün ikinci yarısına qədər davam edəcək.
“Paytaxtda hazırda mülayim cənub küləyi müşahidə olunur, arabir güclənən cənub-qərb küləyi əsir. Günün ikinci yarısından sonra dumanın tədricən çəkilməsi proqnozlaşdırılır. Havanın temperaturu günorta saatlarında 7-11 dərəcə arasında dəyişəcək”.

























Aytən Zəhra
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər: Bakı   ETSN   Duman   Hava  





Xəbər lenti