Fevralın 3-də saat 8 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Fəxri Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə vurub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nəticədə onun sərnişinlərindən - Türkiyə vətəndaşı Murat Yıldırım hadisə yerində ölüb, digər sərnişinləri - paytaxt sakinləri olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.