Oğurluq edən 7 nəfər tutuldu

  05 Fevral 2018    Oxunub : 532
Oğurluq edən 7 nəfər tutuldu
Xaçmazda oğurluq etmiş şəxslər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qusar RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 15-də rayon ərazisindəki mağazaların birindən 700 manat, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakinləri Mirzəağa Cəlilov, İsmayıl Həsənov və Saleh Osmanov saxlanılıblar.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 1-dən 3-dək olan müddətdə Nizami küçəsində yol kənarına quraşdırılmış məhəccərdən 58 ədəd bəzək əşyası oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş Loğman Yusifov və 3 yeniyetmə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN   Oğurluq