Xaçmaz sakini həmyerlisini qətlə yetirib

Xaçmaz sakini həmyerlisini qətlə yetirib
  05 Fevral 2018    Oxunub:2087
Fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova xəsarət yetirib. Ə. Cəfərov hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, E. Hidayətov könüllü RPŞ-yə gələrək təslim olub. Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq götürülüb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti