66 çoxmərtəbəli binaya təbii qaz verilib

66 çoxmərtəbəli binaya təbii qaz verilib
  05 Fevral 2018    Oxunub:1534
Yanvar ayında 66 çoxmərtəbəli binaya təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 4 min 92 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

AzVision.az


Teqlər: Azəriqaz   Bina  





Xəbər lenti