Qətl törədən keçmiş məhkum həbs edildi

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Bağırov tutulub. Saxlanılan zaman ondan narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb.
AzVision.az