Oğurluq edən 3 keçmiş məhkum tutuldu

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabrından cari il yanvarın 4-dək şəhər sakini olan altı nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.
Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabrından cari il yanvarın 21-dək rayonda beş evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə üç avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.
Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə beş mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.
AzVision.az