Bakının mərkəzində su olmayacaq

  07 Fevral 2018    Oxunub : 483
Bakının mərkəzində su olmayacaq
Sabah Bakının mərkəzində içməli su olmayacaq.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar sabah gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az

Teqlər: Azərsu   Bakı   Su