Bakıda 30 nəfər yanğından xilas edilib - Yenilənib

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
***
(21:56)
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.
AzVision.az