Dörd dəfə məhkum olunmuş oğru tutuldu

Məlumata əsasən, 2018-ci ilin fevral ayının əvvəlində Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin 24-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər dörd dəfə məhkum olunmuş, Bakı şəhəri ərazisindəki mənzillərdən silsilə oğurluq cinayətləri törətmiş, 1990-cı il təvəllüdlü vətəndaş Əliyev Elşad Fərrux oğlu Yevlax rayonu ərazisində maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq davam edir, araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN Oğurluq Həbs Polis