Şirvanda oğurluq edən 3 nəfər tutuldu

Şirvanda oğurluq edən 3 nəfər tutuldu
  09 Fevral 2018    Oxunub:2076
Şirvanda oğurluq edən şəxslər tutulub.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AzVision.az-a verilən məlumata görə, fevralın 8-də Şirvan şəhər sakini Rahil İsrafilov ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus kafedən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

Araşdırmalarla kafedən ümumi dəyəri 1200 manat olan texniki avadanlıq və ərzaq məhsullarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Emin Kərimov və Famil Bağırov saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.

Digər bir oğurluq faktı da fevralın 8-də qeydə alınıb. Bakı şəhər sakini Akif İsgəndərov Şirvan PŞ-yə ərizə ilə müarciət edərək, şəhərin fasiləsiz su ilə təmini məqsədi ilə müvafiq işlər aparan istehsalat müəssisəsindən birinə məxsus binanın saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq edilməsi barədə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində zirzəmidən ümumi dəyəri 900 manat olan bir ədəd böyük və digər texniki avadanlıq, eləcə də 20 metr uzunluğunda naqilin oğurlandığı məlum olub.
ŞPŞ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Qurbanxan Günəşov saxlanılıb.
Törətdiyi cinayəti etiraf edən Q.Günəşovdan oğurladığı tikinti ləvazimatlarının bir qismi maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az

AzVision.az


Teqlər: Şirvan   Oğurluq  





Xəbər lenti