Yevlaxda ev yanıb

Yevlaxda ev yanıb
  10 Fevral 2018    Oxunub:2283
Yevlaxda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Yevlax rayonu, Cırdaxan kəndində ümumi sahəsi 135 m² olan, birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanı və çardağı 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: Yevlax   FHN  





Xəbər lenti