Bayılda yenə sürüşmə oldu: 4 ev tamamilə dağıldı

Bayılda yenə sürüşmə oldu: 4 ev tamamilə dağıldı
  10 Fevral 2018    Oxunub:4269
Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

Bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib. O bildirib ki, dağıntılar yola tökülüb:
“Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

AzVision.az


Teqlər: Bayıl   Sürüşmə   Ev  





Xəbər lenti