Polis bölməsində qumbara aşkarlanıb

Polis bölməsində qumbara aşkarlanıb
  10 Fevral 2018    Oxunub:1749
Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzVision.az


Teqlər: ANAMA   Abşeron   Qumbara  





Xəbər lenti