Həftəsonu 200 cinayət hadisəsi baş verib

Həftəsonu 200 cinayət hadisəsi baş verib
  12 Fevral 2018    Oxunub:1508
Həftəsonu (10-12 fevral) respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb. Hadisələrin 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd olunur ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb".

AzVision.az


Teqlər: DİN   Cinayət   Hadisə  





Xəbər lenti