Azərbaycanda manatla pul bazası 8.7 faiz artıb
Qeyd olunub ki, iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir: “ Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir edib”.
AzVision.az
Teqlər: Mərkəzi-Bank Manat