10 gündə 35 yol qəzası: 18 ölü, 47 yaralı

10 gündə 35 yol qəzası: 18 ölü, 47 yaralı
  12 Fevral 2018    Oxunub:2274
Fevral ayının 10 günündə respublikanın avtomobil yollarında 35 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, fevral ayının 1-dən 10-dək yol qəzalarında 18 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında respublikanın avtomobil yollarında 108 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 45 nəfər ölüb, 141 nəfər isə xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Qəza   Fevral   DYP  



Xəbər lenti