Bakıda qadın intihara cəhd edib

Bakıda qadın intihara cəhd edib
  12 Fevral 2018    Oxunub:1945
Bu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub.
DİN mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov hadisə yerinə gedib.

Təxminən 20-21 yaşlı qadın körpünün dəmir barmaqlıqlarını keçərək özünü aşağı atacağını deyirmiş. M. Gözəlov yaxınlaşaraq, onunla söhbət edib, fikrindən yayındırmağa çalışıb. E. Ramazanov isə arxadan qadını tutaraq, ölümdən xilas edib.



AzVision.az



Teqlər: DİN   İntihar  





Xəbər lenti