“Azəriqaz” 478 məscidə limit ayırıb

“Azəriqaz” 478 məscidə limit ayırıb
  12 Fevral 2018    Oxunub:1898
Bu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb.
“Azəriqaz”dan AzVision.az-a verilən məlumata görə, bunun 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.

Qeyd edək ki, 01 fevral 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

AzVision.az


Teqlər: Azəriqaz   Məscid  





Xəbər lenti