Ağdamda ev yanıb

Ağdamda ev yanıb
  13 Fevral 2018    Oxunub:1176
Ağdamda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və bir otağının yanar konstruksiyaları 28 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Ağdam   Ev  





Xəbər lenti