Cəfər Cabbarlının qızı vəfat edib

Cəfər Cabbarlının qızı vəfat edib
  13 Fevral 2018    Oxunub:4324
ХХ əsr Azərbaycan dramaturgiyasının korifеylərindən biri, böyük sənətkar Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı dünyasını dəyişib.

Məlumata görə, 88 yaşlı Gülarə Cabbarlının ölümünə ürək çatışmazlığı səbəb olub. Onun sabah dəfn ediləcəyi bildirilib.
Qeyd edək ki, G.Cabbarlı 1930-cu ilin 11 fevral tarixində Bakıda anadan olub.

AzVision.az


Teqlər: Cəfər-Cabbarlı  





Xəbər lenti