Ziyad Səmədzadə: “Vergi və ölümə çarə yoxdur”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, Azərbaycanın son 15 il ərzində əldə etdiyi uğurlarından birincisi iqtisadi sistemin qurulmasıdır:
Komitə sədri bildirib ki, bir çox məsələlər iqtisadi strukturların köməkliyi ilə həll olunmalıdır: “Vergi yükünü yox, vergi ödəyənlərin sayını artırmaq lazımdır. Vergi yükü sabit qala bilər, amma vergi ödəyicilərinin sayının artması hesabına maliyyə resurslarını artırmaq olur, yeni iş yerləri yaradılır. Gələcəkdə vergi ödəyicilərinin sayını sivil qaydada artırmaq lazımdır. Şəffaflığın artması ölkənin imicinə təsir edir. Prioritetlər müəyyən olunsa, bir çox sahələrdə 18 faiz ƏDV-ni çox tətbiq etməyə ehtiyac olmayacaq. Yəni bəzi sahələrdə 3 və 5 faiz ƏDV tətbiq etmək olar. Hazırda Azərbaycanda vergi azad olmaları həddindən artıq çoxdur. Əvvəlki dövr üçün bu mümkün idi. İndiki şəraitdə bu azad olmalara limit tətbiq etmək lazımdır. Sadələşdirilmiş verginin ÜDM-də çəkisi 0,8%-dir: Dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı 13%-dir. Bu rəqəm 30-35 faizə qaldırılsa, digər problemlərin də qarşısı alına bilər”.”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ziyad-Səmədzadə Komitə-sədri