DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan
AzVision.az-a verilən məlumata görə, fevralın 11-də Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və kəndlərdə ayrı-ayrı subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanaraq istintaqa təhvil verilib. Araşdırmalarla onların Ağcabədi rayon sakini Məmmədbağır Misirov və Ağdam rayon sakini Atapur İsmayılov olduğu müəyyən edilib.
Aparılan əməliyyat tədbirlər ilə onların Ağdam rayonunun 5 kəndindən – İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən naqillərin ümumilikdə 400 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
AzVision.az