Sərhəddən 1 kiloqram qızıl keçirmək istədi

Sərhəddən 1 kiloqram qızıl keçirmək istədi
  13 Fevral 2018    Oxunub:2669
Bakı Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyev gömrükdən qanunsuz yolla qızıl məmulatları keçirtmək istəyərkən saxlanılıb.
AzVision.az-ın Dövlət Gömrük Xidmətinin saytına istinadən məlumatına görə, M. Charyyev nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında vətəndaş Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə "Bagtyyar" gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək.

Bundan sonra Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşları Palıvanova Oguljennetin və Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.

AzVision.az


Teqlər: DGK   Qızıl  





Xəbər lenti