Maşınlardan oğurluq edən şəxs tutuldu
Belə ki, Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsuz “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870 azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluqu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb. Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etddirilir.