Şahin Mustafayev: “Ermənistan bütün layihələrdən təcrid edilib”
Nazirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb:
“Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".
Nazir qeyd edib ki, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.
AzVision.az
Teqlər: Şahin-Mustafayev İqtisadiyyat-Nazirilyi Ermənistan