Metroda qorxulu hadisə - Qadın qatarın altına yıxıldı

Metroda qorxulu hadisə - Qadın qatarın altına yıxıldı
  13 Fevral 2018    Oxunub:2867
Bu gün saat 18:49-da Bakı metrosunda qorxulu hadisə baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, epilepsiya xəstəsi olan xanım sərnişin “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatar yoluna yıxılıb.

"Həmin şəxs "İnşaatçılar" stansiyasında qatarın altına düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub".

Məlumata görə, qatar yoluna yıxılan şəxs 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızıdır. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

AzVision.az


Teqlər: Bakı   Metro   Nəsimi-Paşayev  





Xəbər lenti