Polis maşın oğrularını tutdu

Polis maşın oğrularını tutdu
  14 Fevral 2018    Oxunub:1859
Lənkəran rayonunda avtomobil qaçırmış şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən “VAZ-2106” markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.

Bundan başqa nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Telman Cəfərovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 27-də daha bir “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti