Külli miqdarda narkotik müsadirə olunub

Külli miqdarda narkotik müsadirə olunub
  14 Fevral 2018    Oxunub:1813
Fevralın 13-də Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Məmmədov Gəncə şəhərində saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AzVision.az-a verilən məlumata görə, üzərinə baxış keçirilərkən onun əlindəki sintetik torbadan çəkisi 4 kiloqram 850 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Gəncə   Narkotik  





Xəbər lenti