Köməksiz qalan azyaşlı xilas edilib

Köməksiz qalan azyaşlı xilas edilib
  15 Fevral 2018    Oxunub:1239
Paytaxtın Yasamal rayonunda köməksiz qalan bir nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Yasamal   Azyaşlı  





Xəbər lenti