Bakıda 2 maşın toqquşub: Ölənlər var

Bakıda 2 maşın toqquşub: Ölənlər var
  15 Fevral 2018    Oxunub:1520
Paytaxtda ağır yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Bakı   Qəza  





Xəbər lenti