Keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Keçmiş məhkumdan 5 kq narkotik götürülüb
  15 Fevral 2018    Oxunub:1265
Bakı şəhərində keçmiş məhkumdan 5 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az




Teqlər: DİN   Narkotik  





Xəbər lenti