Türkmənistan “Cənub Qaz Dəhlizi”nə qoşula bilər
O, qeyd edib ki, Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir:“Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və inkişaf Bankı TANAP-a 500 milyard avro, Avropa İnvestisiya Bankı isə layihəyə 1,5 milyard avro kredit ayırıb. Bu isə bir daha Avropa İttifaqının bu layihələrə marağını göstərir.Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik”.
M.Şefçoviç Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması barədə sualı cavablandırarkən deyib: “Biz Türkmənistan hökumətinin rəhbərliyi ilə müntəzəm olaraq görüşlər, müzakirələr keçiririk. Biz hazırda Türkmənistan qazının Cənub Qaz layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq. Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Cənub-Qaz-Dəhlizi Avropa-Komissiyası