“Azərbaycanın effektiv enerji siyasəti var” - Pərviz Şahbazov
“Qaz rezevrlərini nəzərə alaraq qazın Avropaya nəgl edilməsi bizim üçün prioritet layihədir. Biz həmçinin neft və qaz sahəsində infrastrukturun şaxələnməsində böyük naliyyətlər əldə etmişik. Birbaşa dənizə çıxışı olmayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə Avropa bazarına çıxış əldə edib. Azərbaycan Avropanının enerji təhlükəsizliyinə öz töhfəsini verir”.
Nazir bildirib ki, Azərbaycanın effektiv enerji siyasəti var: “Azərbaycan özü etibarlı tərəfdaşdır və uzun illər həyata keçirilən siyasət nəticəsində etibarlı tərəfdaşlar əldə edib. Bu bizim uğurumuzdur”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Azərbaycan Neft Qaz