32 nəfər dəm qazından, 11 nəfər içkidən zəhərlənib

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.
“Dərmanların qəbulundan sonra yaranmış allergik reaksiyalara görə 9 nəfər, sirkə turşusundan zəhərlənmə ilə bağlı 2 nəfər müraciət edib. Dəm qazı zəhərlənməsindən 4 nəfərin, sirkə turşusu ilə zəhərlənmədən 1 nəfərin vəziyyəti ağır olsa da, onlar müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı zəhərlənməsi ilə müraciət edənlərin 22 nəfəri qadın olub”.
A.Maqsudov bildirib ki, 2018-ci ilin əvvəlindən bu günə qədər 11 nəfər sərxoş vəziyyətdə Toksikologiya şöbəsinə gəlib.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciətlər əsasən Bakı və Bakı ətrafı kəndlərdən olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Azər-Maqsudov Zəhərlənmə