Azercell Virtual ATS xidməti istifadəyə verdi
Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.
Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq. Virtual ATS xidmətin üstünlüklərinə gəldikdə isə
- Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
- Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq
Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.
Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün [email protected] ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.
Teqlər: #Azercell