Mikayıl Cabbarov Britaniyanın ticarət elçisi ilə görüşüb
Baronessa Nikolson Böyük Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuşlarının artırılmasının, həmçinin kənd-təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, B. Nikolson Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə islahatların davam etdirilməsi baxımından hər iki ölkənin vergi qurumları arasında əlaqələrin genişləndirilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
AzVision.az
Teqlər: Mikayıl-Cabbarov Böyük-Britaniya