Sığorta sektorundakı vəziyyət müzakirə olunub
İ.Alışov assosiasiyanın sədri M.Abbasbəylini sədr vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və gələcəkdə hər iki qurumun daha aktiv əməkdaşlığı nəticəsində sığorta sektorunun inkişafına dair əsas hədəflərə nail olunması üçün həyata keçiriləcək tədbirlər barədə danışıb. İ.Alışov qeyd edib ki, sığorta sektorunun tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və institusional boşluqların aradan qaldırılması, Strateji Yol Xəritəsində nəzərdə tutulan kənd təsərrüfatı sığortası, mikro və müştərək sığorta mexanizmlərinin yaradılması, icbari tibbi sığortanın inkişaf etdirilməsi, ümumilikdə sektorun elektronlaşdırılması və digər istiqamətlər üzrə birgə səylərin artırılması hər iki qurum qarşısında duran əsas prioritet məqsədlərdir. Baş icraçı direktor assosiasiyanın sədr vəzifəsinə təyinatın həm sektorun, həm də requlyatorun fəaliyyətində effektiv təsir edəcəyinə ümid etdiyini bildirib.
M.Abbasbəyli palatanın assosiasiyadan gözləntilərini dilə gətirdi və yaxın gələcəkdə bu istiqamətdə görülməli olan işlərin planlamasını təqdim etdi.
Görüşdə, həmçinin sığorta sektoruna nəzarət çərçivəsinin qiymətləndirilməsinin aparılması, attestasiya və lisenziyalaşdırma üzrə prosedurların təkmilləşdirilməsi və digər mövzular üzrə təkliflər dinlənildi və fikir mübadiləsi aparıldı. Baş icraçı direktor tərəfindən nəzarət mexanizmlərinin gücləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, sağlam, şəffaf sığorta sektorunun formalaşdırılması istiqamətində tövsiyə və tapşırıqlar verildi.
AzVision.az