“Cənub Qaz Dəhlizi”nə 30 milyard dollar sərmayə yatırılıb
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev qeyd edib ki, indiyədək layihəyə qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard dollardır.
“Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını reallaşdırmaq üçün müxtəlif imkanlar mövcud idi. Lakin biz Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verdik. Müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, müxtəlif qitələrdə həyata keçirilən bir meqa-layihə nə qədər mürəkkəb olsa da, Azərbaycan Cənub Qaz Dəhlizinə öncüllük edib. Hazırda Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına sadəcə bir addım qalıb. Biz də avropalı tərəfdaşlarımızla dayanıqlı əməkdaşlıq qurmağın intizarındayıq. Avropa İnvestisiya Bankının TAP-a birbaşa maliyyə töhfəsi Avropanın enerji təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha göstərir”, - deyə SOCAR-ın prezidenti bildirib.
AzVision.az
Teqlər: SOCAR Rövnəq-Abdullayev