Rusiya İstintaq Komitəsi Zəhranın ölümünü araşdırır

AzVision.az-ın məlumatına görə, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, ilkin məlumatlara görə, müəllimə qrupu bağçaya qaytardıqda uşaqlardan birinin olmadığını görüb.
“Bədbəxt hadisənin baş vermə səbəbi diqqətlə araşdırılır. Məktəbəqədər qruplar ştat rejimində işləyir, uşaqlar digər qruplara köçürülüblər. Biz ölən qızın doğma və yaxınlarına başsağlığı veririk. Bu, bizim məktəbimiz üçün böyük faciədir”, - deyə bağça-məktəbin saytında yerləşdirilən məlumatda bildirilib.
Rusiya İstintaq İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə ("Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma") və 293-cü maddə ilə (Səhlənkarlıq) cinayət işi açılıb. Bu maddəyə əsasən təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə, o, maksimum 7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Zəhra-Rzayeva Moskva Bağça Ölüm