Bakıda ağır qəza: 2 ölü, 2 yaralı

  17 Fevral 2018    Oxunub : 1119
Bakıda ağır qəza: 2 ölü, 2 yaralı
Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, fevralın 16-da saat 17.00 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota”, Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: Qəza   DİN