Keçmiş məhkum narkotiklə tutuldu

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub.
Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qeyd edək ki, Elnur Babayev narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digrə şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.
AzVision.az