“Yaxşı edib qaydaları pozuram” – Reyd zamanı gərginlik (VİDEO)

Yol polisi “saxla” əmri verəndə isə vəziyyət dəyişir. Qayda-qanuna məhəl qoymayan həmin sürücüdən əsər-əlamət belə qalmır. Qanun qarşısında cavab verməyə söz tapmayan bu sürücülər dərsini öyrənməyən məktəbli kimi görünür. Bəzi sürücülər isə cərimələri niyə pozursunuz sualına isə belə sərt reaksia verir.
Sürücü: “Qadan alım get işinlə məşğul ol. Əsəblərim pozulub. Qaydaları yaxşı edib pozuram. Pozuram, cəriməni də ödəyəcəm. Get işində ol”.
Ən pisi isə odur ki, bu məsuliyyətsizlik davamlı olur. Ümumiyyətlə, hər bir qayda pozuntusu real qəza deməkdir. Yoldaş sürücülər, sükan arxasına əyləşib mühərriki işə salmazdan öncə bir daha yaxşı-yaxşı fikirləşin və düzgün qərar verin ki, yollar hamı üçün təhlükəsiz olsun! (ARB TV)
AzVision.az
Teqlər: Tovuz DYP Reyd Sürücü Cərimə