“Mercedes” su kanalına aşıb, sürücü ölüb

“Mercedes” su kanalına aşıb, sürücü ölüb
  19 Fevral 2018    Oxunub:1537
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 1990-ci il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Ucar   Qəza  





Xəbər lenti