Xaçmazda ağır yol qəzası, ölənlər var

Xaçmazda ağır yol qəzası, ölənlər var
  19 Fevral 2018    Oxunub:2413
Xaçmazda ağır yol qəzası baş verib.
AzVision.az FHN-ə istinadən bildirir ki, Xaçmaz rayonu, Ağyazı Buduğ kəndində "KamaAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfər sərnişinin (şəxsiyyətləri məlum deyil) cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: Xaçmaz   Qəza   FHN  





Xəbər lenti