AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə tutulmuş Nazim Salmanovun və Arzu Məmmədovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların 2 nəfərin ciblərindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları da müəyyən edilib. Araşdırma aparılır.