Azərbaycanda ÜDM-nin həcmi artıb

Azərbaycanda ÜDM-nin həcmi artıb
  19 Fevral 2018    Oxunub:2558
2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 6049,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artıb, neft bölməsində isə 0,5 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.

AzVision.az



Teqlər: ÜDM   DSK  





Xəbər lenti