Qar bəzi yollarda problemlər yaradıb

Bu barədə AzVision.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
“Xaltan yolunda 40-50 sm qar var idi və artıq yol təmizlənib. Hazırda hər hansı problem müşahidə edilmir. Xınalıq yolunda isə böyük qar uçqunu baş verib, bu səbəbdən hərəkət dayanıb. Axşamdan əraziyə texnikalar cəlb olunsa da, qar yağması işlərin aparılmasına çətinlik yaradıb. Hazırda həm Xınalıq, həm də Qrız istiqamətində texnikalar işləyir. Günün sonuna qədər problem aradan qaldırılacaq”.
A.Nəcəfli qeyd edib ki, ölkənin digər yerlərində avtomobil yollarında ciddi problem müşahidə edilmir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Qar Yol Anar-Nəcəfli Quba