Ağdaşda yol polisləri ana və uşağını xilas edib

Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas edə biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gec olardı və onları xilas etmək mümkün olmazdı.
Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az