Bakıda silahla gəzən kişi tutuldu

Bakıda silahla gəzən kişi tutuldu
  19 Fevral 2018    Oxunub:1326
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Quba   Silah  





Xəbər lenti